12:34 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Bostondan olan “Perceptive” şirkəti süni intellektin nəzarəti altında proseduru müstəqil olaraq canlı insanın dişlərində həyata keçirən dünyanın ilk robot-stomatoloqunu təqdim edib.
ABC.AZ xəbər verir ki, təklif olunan həll hələ klinik istifadə üçün təsdiqlənməyib. Ən azından tele-tibb artıq reallığa çevrilir və bu, məsafədən əməliyyatlar aparmaq və onları AI platformaları ilə birbaşa öyrətmək üçün alətlər yaratmağın birbaşa yoludur.
“Perceptive” şirkətinin robot-stomatoloq hələ ki yalnız bir proseduru yerinə yetirir — qapaq qoyulması üçün dişləri yonur. İnsan həkim adətən belə bir proseduru həyata keçirmək üçün iki saatlıq iki seans təyin edir. Tərtibatçıların sözlərinə görə, robot isə bu işi 15 dəqiqə ərzində yerinə yetirir.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024