Yarım ildə AÇG-yə xərclənən vəsaitin həcmi açıqlanıb - Hesabat

14:23 - 1.08.2024


1 avqust, Fineko/abc.az.  2024-cü ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 243 milyon dollar əməliyyat məsrəfləri və 698 milyon dollardan artıq əsaslı məsrəflər xərclənib.

ABC.AZ xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin yarım il üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

2024-cü ildə AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlanmışdır.

Proqramın ümumi dəyərinin təxminən 370 milyon dollar, icra müddətinin isə beş il (2024-2028) olacağı planlaşdırılır. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.