Yarım ildə AÇG-dən 1,2 milyard kubmetr səmt qazı hasil edilib

15:19 - 1.08.2024


1 avqust, Fineko/abc.az.  Cari ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları"ndakı qurğu vasitəsilə 1,2 mlrd. kubmetr səmt qazı ötürülüb ki, bu da illik müqayisədə 9,1% çoxdur.

ABC.AZ xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin yarım il nəticələrinə həsr olunmuş hesabata  qeyd edilib

Sənədə əsasən, hesabat dövründə AÇG-dən SOCAR-a gündə orta hesabla 6,4 mln. kubmetr qaz verilib.

“Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub”, - hesabatda qeyd olunub.