16:18 - 1.08.2024
1 avqust, Fineko/abc.az. Birinci yarımildə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.
Bu barədə ABC.AZ BP-nin cari ilin birinci yarımilinin yekun hesabatına istinadən xəbər verir.
Qeyd olunur ki, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.
İlk altı ay ərzində terminal təxminən 110 milyon barel neft və kondensat ixrac edib ki, bu həcmlərin hamısı “Bakı-Tbilisi-Ceyhan” vasitəsilə nəql edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon barel və ya 4,35 faiz azdır.
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
3 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
1 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024