Neft ötən gün düşdükdən sonra bahalaşır, Brent $79,99/barel təşkil edir

09:30 - 2.08.2024


2 avqust, Fineko/abc.az. Etalon markaların qiyməti dünən kəskin enişdən sonra cümə günü hərracda yüksəlir.

Brent markalı neftin oktyabr fyuçersi ICE Futures birjasında saat 09:25-də $0,47 (0,59%) artaraq bir barel üçün $79,99-a yüksəldi. Avqustun 1-də keçirilən hərracların nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersləri barel başına $1,32 (1,63%) azalaraq $79,52-a enib.

Saat 09:25-də NYMEX əmtəə birjasının ticarətində WTI neftinin sentyabr fyuçerslərinin qiyməti $0,49 (0,64%) artaraq bir barel üçün $76,80-a yüksəldi. Avqustun 1-də aparılan hərracların nəticələrinə görə, WTI neftinin sentyabr fyuçersləri $1,60 (2,05%) ucuzlaşaraq bir barel üçün $76,31-a düşüb.