10:08 - 2.08.2024
2 avqust, Fineko/abc.az. Cari ilin birinci yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
Nazirlikdən ABC.AZ -a bildirilib ki, hesabat dövründə 23 təşkilatda yoxlamalar aparılıb, bu yoxlamalarla 1990,8 min manat məbləğində, 21 təşkilatda 1106,8 min manat məbləğində, 4 təşkilatda 4,4 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib.
Aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Baş Prokurorluğa göndərilib.
Nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
12 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024
10 Sentyabr 2024