11:07 - 2.08.2024
2 avqust, Fineko/abc.az. E-ticarət nəhəngi “Amazon”un balans hesabatına əsasən bu ilin ikinci rübündə şirkətin gəlirləri artsa da, gözlənilən nəticədən aşağı olub.
ABC.AZ xəbər verir ki, “Amazon”un gəliri bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 147,9 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin gəliri 134,4 milyard dollar olub.
“Amazon”un ikinci rübdə gəliri bazarın 148,56 milyard dollarlıq gözləntilərindən aşağı düşüb.
Şirkətin bu dövrdə xalis mənfəəti 13,5 milyard dollar olaraq hesablanıb. Ötən ilin eyni dövründə Amazon-un xalis mənfəəti 6,8 milyard dollar olub.
E-ticarət nəhənginin keçən ilin ikinci rübündə 65 sent olan səhm başına qazancı bu ilin ikinci rübündə 1,26 dollara yüksəlib.
Bildirilir ki, Amazon-un səhm başına qazancı ilə bağlı bazar gözləntiləri 1,03 dollar idi.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024