Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında biznes-forum keçiriləcək

12:20 - 2.08.2024


2 avqust, Fineko/abc.az. Cari ilin sentyabr ayında Bakıda Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında 3-cü biznes-forum keçiriləcək.

ABC.AZ xəbər verir ki, tədbirə Manama, Doha, Əbu-Dabi, Küveyt və Ər-Riyaddan qonaqların gələcəyi gözlənilir.

Forum çərçivəsində Şuşa şəhərində də ayrıca tədbirin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycanla Körfəz Əməkdaşlıq Şurası arasında ilk biznes-forum 2017-ci ildə keçirilib.