12:31 - 2.08.2024
2 avqust, Fineko/abc.az. İraq hökuməti ilə Böyük Britaniyanın enerji şirkəti BP arasında Kərkükdə 4 neft yatağının bərpası və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, İraq Baş Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Baş nazir Məhəmməd Şia əl-Sudaninin iştirakı ilə İraq və İngiltərənin BP şirkəti arasında Kərkükdə 4 neft yatağının bərpası və işlənməsinə dair Anlaşma memorandumu imzalanıb.
Bildirilib ki, Anlaşma memorandumuna Kərkükdəki “Baba və Avana” və “Bəy Həsən”, “Cembur” və “Habbas” yataqlarının bərpası və işlənməsini əhatə edən iş imkanları daxildir.
Qeyd olunub ki, İraq hökuməti bu regionda neft hasilatını, qaz və günəş enerjisi sərmayələrini artırmaq və inkişaf etdirmək üçün enerji sahəsində perspektiv imkanlara ən yaxşı şəkildə sərmayə qoymağı hədəfləyir.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024