14:49 - 2.08.2024
2 avqust, Fineko/abc.az. Türkiyənin ixracatı iyul ayında 13,8% artaraq 22 milyard 512 milyon dollara çatıb.
ABC.AZ xəbər verir ki, Ticarət naziri Ömər Bolatın açıqladığı məlumatlara görə, Türkiyənin ixracatı iyul ayında 2023-cü ilin eyni ayına görə 13,8% artaraq 22 milyard 512 milyon dollara çatıb. Beləliklə, bu, bütün zamanların ən yüksək iyul ixracı olaraq qeydə alınıb.
İyul ayı etibarilə illik ixracat əvvəlki ilə görə 3,4% artaraq 261,5 milyard dollarla Cümhuriyyət tarixinin rekordunu qırdı.
İyulda xarici ticarət 42,3% azalaraq 7,2 milyard dollar oldu.
İdxalda azalma tendensiyası iyul ayında da davam edib. İdxal iyul ayında illik bazda 7,9% (2,6 milyard dollar) azalaraq 29 milyard 747 milyon dollara gerilədi.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024