“Uber Technologies” və “BYD” strateji tərəfdaşlıq haqqında elan etdilər

15:19 - 2.08.2024


2 avqust, Fineko/abc.az. Amerikanın “Uber Technologies” və Çinin “BYD” şirkətləri strateji tərəfdaşlıq barədə elan ediblər.

ABC.AZ xəbər verir ki, tərəfdaşlıq çərçivəsində, “Uber” platformasına Avropa və Latın Amerikası bazarları üçün 100.000 yeni “BYD” elektromobil gətiriləcək. İrəlidə Yaxın Şərq, Kanada, Avstraliya və Yeni Zelandiya bazarlarına daha da genişlənməyi planlaşdırır.

Şirkətlər, “Uber” platformasında yerləşdiriləcək gələcək BYD sürücüsüz avtomobillərinin inkişafında da əməkdaşlıq edəcəyinə söz verdilər.