Ötən ay Neft Fondu dollar satışını artırıb

16:53 - 2.08.2024


2 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ötən ay 826,3 milyon dollar məbləğində vəsait satılıb.

ABC.AZ Fonda istinadla xəbər verir ki, bu, ötən ilin iyul ayı ilə müqayisədə 3 dəfəyədək (272,7 milyon dollar) artım deməkdir.

Cari ilin iyun ayı ilə müqayisədə isə fond valyuta satışını 2 dəfə artırıb.