Neuralink ikinci adamın beyninə qurğu implantasiya etdi

10:55 - 5.08.2024


5 avqust, Fineko/abc.az. Iyul ayında Neuralink rəhbəri İlon Mask, şirkət tarixində ikinci xəstənin eyni ayda sinir sisteminin itirilmiş funksiyalarını bərpa etmək üçün beyin implantatının yeridiləcəyini demişdi. 

ABC.AZ xəbər verir ki, bu ayın əvvəlində Mask ikinci belə əməliyyatın keçdiyi barədə bildirdi.

Xatırladaq ki, implant quraşdırılması əməliyyatı beyin qutusinda kiçik bir dəliyin açılması və mövcud çox incə 1024 elektroddan bir hissəsinin köməyi ilə beyin qabığına qoşulan kiçik bir cihazın quraşdırılmasını nəzərdə tutur. Onların insan beyni ilə əlaqəsi bu məqsədlər üçün xüsusi hazırlanmış tibbi robot tərəfindən həyata keçirilir. İlon Maskın sözlərinə görə, şirkətin ikinci pasiyentinə eyni, ən azı 400 elektrodlu implant quraşdırılıb.