İnstagram bloklandığı üç gündə Türkiyə bu qədər itirdi

11:11 - 5.08.2024


5 avqust, Fineko/abc.az. Türkiyənin kiçik və iri biznesi İnstagram bloklandığı üç gün ərzində cəmi 6 milyard türk lirəsini itirib.

ABC.AZ xəbər verir ki, İnstagramın Türkiyədə bloklanmasının davam etməsindən mənfi təsirlənəcək bəzi sahələr qeyd olunub. Bunlar kiçik müəssisələr, reklam verənlər/alıcılar, dövlət qurumları, turizm sektoru, sənət və mədəniyyət, təhsil və informasiya, idmançılar və fitness məşqçiləri və s.