Çökən xarici birjaların ardınca Rusiyada da düşmə müşahidə olunur

11:54 - 5.08.2024


5 avqust, Fineko/abc.az. Rusiya bazarının ticarəti 5 avqust bazar ertəsi günü enişlə başladı. “Mosbirja” indeksi ilk dəqiqələrdə 1,36% mənfidə, 2859,48-qədər ticarət edilir, РТС indeksi həmçinin 1,36% azalaraq, 1051,12 təşkil edir.

ABC.AZ xəbər verir ki, neftin qiymətinin düşməsi fonunda neft şirkətlərinin səhmləri nəzərəçarpacaq dərəcədə azalır - "Qazprom neft" səhmləri 2,51%, "RussNeft" 3,13%, "Lukoil" 1,29%, "Rosneft" isə 1,36% itirir. Beləliklə, Brentin oktyabr fyuçersləri 0,9%, bir barelə 76,12 dollara düşür, Light neftinin sentyabr fyuçersləri 0,98%, bir barelə 72,8 dollara düşür.

Rusiya bazarının azalması xarici platformalardakı qlobal mənfi vəziyyətlə bağlı baş verir.