“Chevron” şirkəti Kaliforniyanı tərk edəcək 

12:36 - 5.08.2024


5 avqust, Fineko/abc.az. Amerikanın “Chevron” Neft və Qaz Korporasiyası 1 yanvar 2025-ci il tarixindən etibarən qərargahını Kaliforniyadan Texasa köçürəcək. 

ABC.AZ xəbər verir ki, şirkət, top menecerlərinin ilin sonuna qədər San Ramondan (Kaliforniya) Hyustona (Texas) köçəcəyini və bütün bölmələrin beş il ərzində oraya köçürüləcəyini deyib. 
Şirkətin fəaliyyətinin xeyli hissəsi artıq Texasda cəmləşib və burada Kaliforniyadakından (2 min) daha çox işçi çalışır (7 min).