İstanbul Fond Birjası ticarəti bərpa etdi

12:46 - 5.08.2024


5 avqust, Fineko/abc.az. İstanbul Birjası, BIST-100 birja indeksinin 6,72% kəskin düşməsi səbəbindən dayandırıldıqdan sonra ticarəti bərpa edib. 

ABC.AZ xəbər verir ki, bu eniş qlobal bazarlarda, xüsusən Yaponiya, Cənubi Koreya və ABŞ-da tərəddüdlər səbəbindən baş verib. 
Birja qaydalarına görə, BIST-100 indeksi kəskin şəkildə 5-7% azaldıqda ticarət dayandırılır. Bu, bir qayda olaraq, xarici amillərə görə baş verir.
Səhmlərin qiymətində ən böyük itkiləri (7,8%) banklar çəkib. Türk Lirəsi rekord həddə qədər - 33,3 lirə / 1 dollara ucuzlaşıb.