Mərkəzi Bank “PulPal” və “Global İnnovations”a lisenziya verib

15:11 - 5.08.2024


5 avqust, Fineko/abc.az.  Azərbaycan Mərkəzi Bankı (AMB) “PulPal” MMC-yə elektron pul təşkilatı, “Global İnnovations” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

ABC.AZ  AMB-yə istinadən xəbər verir ki,  lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.

Xatırladaq ki, AMB bundan əvvəl “A-Solutions", "United Payment", "Modenis", "PashaPay", “Mobile Payment Solutions” və ”Paysis” MMC-lərə, “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan” MMC-yə isə ödəniş təşkilatı kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 10-a çatıb.