Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar  artıb

15:57 - 5.08.2024


5 avqust, Fineko/abc.az.  Cari ilin birinci yarısında Azərbaycanda daşınmaz dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsait ödənilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% çoxdur.

 ABC.AZ İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, yanvar-iyun aylarında qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb.

 Qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Hesabat dövründə 1 518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.
Altı ayda ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 1 826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88% artıb.