AzTV öhdəliklərini 37 % azaldıb

16:35 - 5.08.2024


5 avqust, Fineko/abc.az.  “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2023-cü ili 19,374 milyon manat xalis mənfəətlə başa vurub.

ABC.AZ “Report” a istinadla xəbər verir ki,  bu barədə telekanalın maliyyə hesabatında qeyd edilib.

Bu il yanvarın 1-nə AzTV-nin aktivləri 34,833 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,6 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 37 % azalaraq 1,646 milyon manata düşüb, balans kapitalı isə 1,2 % artaraq 33,187 milyon manata çatıb.
Xatırladaq ki, AzTV kommersiya qurumu kimi Prezident İlham Əliyevin 23 mart 2005-ci il tarixli fərmanı ilə, Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 10,725 milyon manatdır.