17:04 - 5.08.2024
5 avqust, Fineko/abc.az. Venesuela dinc atom sahəsində, o cümlədən kənd təsərrüfatı və tibb sahələrində "Rosatom" layihələrinin tətbiqi ilə bağlı bir sıra təklifləri nəzərdən keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın Karakasdakı səfiri Sergey Melik-Bağdasarov bildirib.
"Hazırda “Rosatom” layihələrinin müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatında və tibbdə tətbiqi ilə bağlı bir neçə təklif nəzərdən keçirilir", - deyə Məlik-Bağdasarov bildirib.
Rusiyalı diplomatın sözlərinə görə, hazırda Rusiya ilə Venesuela arasında münasibətlər dinamik inkişaf edir - strateji tərəfdaşlığın möhkəmləndirilməsinə və inkişafına yönəlmiş yeni təşəbbüslər mütəmadi olaraq ortaya çıxır.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024