Neft bahalaşır, Brent bir barelə 77,31 dollar təşkil edir

10:00 - 6.08.2024


6 avqust, Fineko/abc.az.  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 1,32% artaraq 1 barelə görə 77,31 ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 1,62% artaraq 1 barelə görə 74,12 ABŞ dolları təşkil edib.