“Saudi Aramco”, sentyabr ayı üçün flaqman neft qiymətlərini artırdı

10:23 - 6.08.2024


6 avqust, Fineko/abc.az. Səudiyyə Ərəbistanının neft-qaz dövlət şirkəti “Saudi Aramco” bu ilin may ayından etibarən ilk dəfə Asiyadan olan alıcılar üçün sentyabr ayı üçün neftin satış qiymətlərini artırıb. 

ABC.AZ xəbər verir ki, şirkətin Asiyaya satdığı flaqman “Arab Light” markalı neftin qiymətini artıb, digər bölgələr üçün qiymətlər endirilib.

Beləliklə, Asiyadan olan alıcılar üçün Arab Light markasının dəyəri 0,2 dollar artırılıb, indi Oman/Dubai çeşidlərinin səbətinin qiymətini bir barel üçün 2 dollar üstələyir. Bundan əlavə, region üçün bəzi digər növlərin qiymətləri də artırılıb.