10:34 - 6.08.2024
6 avqust, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində “Yaşıl Kart” beynəlxalq sığorta xidməti istifadəyə veriləcək.
ABC.AZ bu barədə İcbari Sığorta Bürosuna (İSB) istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra İSB “Yaşıl Kart” təminatı üzrə ölkəmizə münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlayıb. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunub.
Xatırladaq ki, “Yaşıl Kart” sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılıb. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri “Yaşıl Kart” sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
9 Oktyabr 2024
8 Oktyabr 2024
8 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024
9 Oktyabr 2024