Ermənistan KTMT-nin "Qarşılıqlı fəaliyyət-2024" təlimlərində iştirakdan imtina edib

11:02 - 6.08.2024


6 avqust, Fineko/abc.az. Təlimlər sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək, Ermənistan rəhbərliyi hərbçiləri ora göndərməmək qərarına gəlib. İmtinanın səbəbi açıqlanmır.

ABC.AZ xəbər verir ki, KTMT Qırğızıstandakı təlimlərdə Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə əməliyyatın aparılacağını bildirib.

Ermənistan həmçinin avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024" KTMT təlimlərinə üzv ölkələrin siyahısında da yoxdur. Bundan əvvəl İrəvan NATO standartları üzrə Silahlı Qüvvələrin islahatı üçün ABŞ-la məsləhətləşmələrə başlamışdı.