Azərbaycan iyul ayında biznes səyahətlərinin sayına görə ilk üçlükdədir

11:29 - 6.08.2024


6 avqust, Fineko/abc.az. 2024-cü ilin iyul ayında işgüzar səyahətlərin sayına görə birinci yeri Rusiya tutur, ardınca xarici istiqamətlər arasında lider olan Qazaxıstan qərarlaşıb. Azərbaycan üçüncü yerdədir. Çin, BƏƏ və Özbəkistan müvafiq olaraq beşinci, altıncı və yeddinci yerləri tuturlar. Türkiyə onluğu bağlayır.

ABC.AZ xəbər verir ki, keçən ayda Rusiya biznes turistlərinin getdiyi ən populyar xarici şəhərlər arasında (ən çox tələb olunanlardan az tələb olunana qədər sıralanma) Qazaxıstanın Atırau, Aktobe, Astana, Almatı şəhərləri, Azərbaycanın Bakı şəhəri, Uralsk (Qazaxıstan), Paris (Fransa), Abu Dabi (BƏƏ) və Aktau (Qazaxıstan) müəyyənləşib.