Qazaxıstanda qanunsuz neft hasilatı ilə bağlı hökm çıxarılıb

12:12 - 6.08.2024


6 avqust, Fineko/abc.az. Məhkəmə Aktuba vilayətində qanunsuz neft hasilatı ilə bağlı iş üzrə hökm çıxarıb.

ABC.AZ xəbər verir ki, məlumata görə, "2022-ci ilin fevralından 2023-cü ilin mayınadək şirkətin filialı müqavilə çərçivəsində "Sayqak" yatağında xam neft hasilatı həyata keçirib, müqavilənin müddəti başa çatıb. Buna baxmayaraq, iştirak edənlər bir il ərzində yataqda qanunsuz neft hasilatı və saxlanmasını davam etdiriblər".

"Sayqak Qazaxıstan B. V." şirkətinin filialının baş direktorunun müavini ittiham olunub.
İşin materiallarına görə, o, qanunsuz hasilat apardıqları yatağı idarə edirdi. 139 milyonluq 3,5 min ton emal edilmiş neft dövlətin xeyrinə müsadirə olunub. Müttəhimə üç il yarım həbs təyin edilib.