12:21 - 6.08.2024
6 avqust, Fineko/abc.az. 2024-cü ilin yanvar-may ayları arasında Transadriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan İtaliyaya qaz tədarükünün həcmi 4,5% artıb.
ABC.AZ xəbər verir ki, göstərilən dövrdə tədarük həcmi 4,303 milyard kubmetr təşkil etmişdir.
İtaliyaya qaz idxalının ümumi həcmi 5 ay ərzində 4,4% azalaraq 27,631 milyard kubmetrə düşüb, ölkəyə idxal olunan qazın 15,6%-i isə Azərbaycandan olan qazın payına düşüb.
2024-cü ilin may ayında Azərbaycan qazının İtaliyaya tədarük həcmi 10,4% artaraq 890 milyon kubmetr təşkil edib.
May ayında İtaliyaya təbii qazın ümumi idxalı 6,9% azalaraq 3,554 milyard kubmetr təşkil edib, həmin dövrdə 25%-i Azərbaycandan olan qazın payına düşüb.
Məlumata görə, 2023-cü ildə İtaliya TAP vasitəsilə Azərbaycandan 9,988 milyard kubmetr qaz alıb.
Bu göstərici 2022-ci illə müqayisədə 3,2% azalıb.
2024-cü ildə Azərbaycanın İtaliyaya 9,6 milyard kubmetr qaz tədarük edəcəyi planlaşdırılır.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024