14:18 - 6.08.2024
6 avqust, Fineko/abc.az. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri 13,23 faiz azalıb.
ABC.AZ Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.
Ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025