14:21 - 6.08.2024
6 avqust, Fineko/abc.az. Yaponiyanın “Nissan Motor” konserni yayda avtomobilin banın və salonunun temperaturunu azaltmağa, həmçinin kondisioner sistemi üçün enerji istehlakını azaltmağa kömək etmək üçün nəzərdə tutulmuş yeni boyanın sınaqlarını keçirir.
ABC.AZ xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, sınaq hazırda Haneda hava limanında “All Nippon Airways” aviaşirkəti tərəfindən idarə olunan kiçik Nissan NV100 yük furqonlarında aparılır. Testlər təxminən 2024-cü ilin noyabr ayına qədər davam edəcək.
Boyada günəş işığından gələn və səth istiliyinin artmasına səbəb olan infraqırmızı şüaları əks etdirən mikro hissəciklər var.
İlkin məlumatlara görə, bu cür texnologiyalar, adi boya ilə boyanmış avtomobillərlə müqayisədə, isti günlərdə ban hissələrinin səth istiliyini 12°C, salonun isə 5°C azaltmağa imkan verir.
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024