Türkiyə biznesi ölkədəki “all ınclusive” sistemini ləğv etməyə çağırır

16:25 - 6.08.2024


6 avqust, Fineko/abc.az. Türkiyə biznesi növbəti dəfə ölkədəki all ınclusive (hər şey daxil) sistemini ləğv etməyə çağırıb.

ABC.AZ xəbər verir ki, all ınclusive (hər şey daxil) sisteminin qurucularından biri olan yerli sahibkar Zafer Alkayanın sözlərinə görə, otelyerlər modellərini yenidən nəzərdən keçirməli və turistləri endirimlərlə deyil, keyfiyyətlə cəlb etməlidirlər.

İş adamının sözlərinə görə, Türkiyədə inflyasiya səbəbindən məhsulların qiyməti xeyli bahalaşıb. Bu baxımdan otelyerlər otellərdə yaşayış xərclərini artırır ki, bu da bir çox turistlər üçün istirahəti daha az əlçatan edir. Tələbi dəstəkləmək üçün endirimlərə müraciət edirlər və nəticədə itkilərə məruz qalırlar. Bununla yanaşı, o qeyd edib ki, all ınclusive sistemindəki yeməklərin əksəriyyəti atılır.