Neft bahalaşır, Brent bir barelə 76,77 dollar təşkil edir

09:49 - 7.08.2024


7 avqust, Fineko/abc.az.  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,38% artaraq 1 barelə görə 76,77 ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,41% artaraq 1 barelə görə 73,5 ABŞ dolları təşkil edib.