11:29 - 7.08.2024
7 avqust, Fineko/abc.az. Nyu-Yorkda yerləşən Tomorrow Farms startapı zərdab proteinindən istifadə edərək inəksiz istehsal olunan südü ölkə üzrə mağazalarda satışa çıxarıb.
ABC.AZ xəbər verir ki, “Bored Cow” (“darıxan inək”) dəqiq fermentasiya yolu ilə istehsal olunan məhsul markasıdır. Şirkətin ötən il satış həcmi 105,84 milyard dollardan çox olub.
Startap nümayəndələri bildirirlər ki, onların "südünün" zülalı inəklərin zərdab zülalına bioidentikdir, lakin fermentasiya çənlərində mikrofloranı bitki şəkəri ilə qidalandırmaqla yaradılıb. İstehsal prosesi pivə hazırlanmasına bənzəyir. "Süd" günəbaxan yağı, qamış şəkəri, sitrus lifi, duz və aromatizatorlardan hazırlanır və müxtəlif vitamin və minerallarla zənginləşdirilir.
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
17 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024