Mərkəzi Bank “Drakaris”ə lisenziya verib

15:18 - 7.08.2024


7 avqust, Fineko/abc.az.  Azərbaycan Mərkəzi Bankı (AMB) “Drakaris” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

ABC.AZ Mərkəzi Banka istiandla xəbər verir ki,  lisenziya "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.
"Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir", - deyə AMB bəyan edib.