Bu ölkənin qızıl-valyuta ehtiyatları yanvar-iyul aylarında 5% artıb

15:33 - 7.08.2024


7 avqust, Fineko/abc.az. Belarusun 1 avqust 2024-cü il tarixinə olan qızıl-valyuta ehtiyatları 8 milyard 532 milyon dollar, ilin əvvəlinə 8 milyard 127,4 milyon dollar (404,6 milyon dollar və ya 5% artım) təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin Milli Bankının saytında deyilir. 

İyun ayında 0,6% (52,6 milyon dollar) və may ayında 0,4% (30,1 milyon dollar) azaldıqdan sonra ehtiyatlar iyul ayında 2,1% (173,5 milyon dollar)  artdı.
Belarusun qızıl-valyuta ehtiyatları 2022-ci ildə 5,9% azalma, 2021-ci ildə 12,8% artım və 2020-ci ildə 20,5% enmədən sonra 2023-cü ildə 2,5% azalıb.
Belarusun pul siyasətinin əsas istiqamətlərinə görə, 2024-cü ilin sonuna beynəlxalq ehtiyat aktivlərinin həcmi ən azı 6 milyard dollar olmalıdır.