17:34 - 7.08.2024
7 avqust, Fineko/abc.az. Polistirol, qablaşdırma və izolyasiya materialları, qab-qacaq, tikinti elementləri və digər məhsulların sənayedə istehsal olunduğu dünyada ən çox yayılmış plastiklərdən biridir. Lakin polistirol plastiklərin istifadəsindən sonra çoxsaylı məişət tullantıları əmələ gəlir ki, bunun da parçalanma prosesi on və yüz illər çəkə bilər.
ABC.AZ xəbər verir ki, Rusira Federasiyasının Perm Politexnik Universitetinin alimləri məişət kimyəvi maddələr üçün ətir şəklində qiymətli kimyəvi birləşmələr yaratmağa və ətraf mühitə yükü azaltmağa imkan verən polistiroldan tullantıların təkrar emalı texnologiyası üzərində işləyirlər.
"Emal texnologiyası xammalın – penoplastın üyüdülməsi ilə başlayır. 450-500 dərəcə istilikdə termal depolimerləşmə nəticəsində buxar fraksiyasını (bundan sonra soba yanacağı kimi gedir) və su buxarı ilə distillə edilən yekun kondensatı alırıq. Yaranan stirol fraksiyalarını seçirik və feniletilen glikol və asetofenona qədər emal edirik. Bu molekullar müvafiq olaraq qızılgül və çiyələk ətirlərini əsasını təşkil edir", - deyə Perm Politexnik Universiteninin Kimya Texnologiyaları kafedrasının magistri Regina Imaikina izah edir.
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024
6 Sentyabr 2024