09:52 - 8.08.2024
8 avqust, Fineko/abc.az. “Ozon” onlayn pərakəndə satış şirkəti Azərbaycan sakinləri üçün satışlara başlayıb.
ABC.AZ xəbər verir ki, bu, şirkətin öz işini inkişaf etdirdiyi altıncı MDB ölkəsidir.
“Ozon Azərbaycanda satışlar açıb. Respublika sakinləri artıq marketplace-də elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər müxtəlif kateqoriyalı 30 milyondan çox məhsul ala bilərlər”, - deyə məlumatda qeyd edilir. İstifadəçilər alışlarını tərəfdaşların sifariş nöqtələrindən əldə edə bilərlər.
Mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox genişləndiriləcək. Bundan əlavə, “Ozon” ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, öz çatdırılma xidmətini və franşiza sifarişlərinin qəbulu və verilməsi üçün markalı məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır.
İrəlidə şirkət həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiyaya və digər MDB ölkələrinə mal axınını işə salmağı planlaşdırır.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024