Neft bahalaşır, Brent bir barelə 78,48 dollar təşkil edir

09:58 - 8.08.2024


8 avqust, Fineko/abc.az.  Dünya birjalarında neft bahalaşıb.

ABC.AZ xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,15 dollar artaraq 78,48 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar artaraq 75,48 dollar təşkil edib.