11:13 - 8.08.2024
8 avqust, Fineko/abc.az. ABŞ Energetika Nazirliyi, təxminən on il əvvəl bağlanmış Linkolndakı keçmiş sellüloz zavodunun ərazisində 147 MVt gücündə elektrik anbarı tikmək üçün “Form Energy” şirkətinə 85 milyon dollar qrant ayırır.
ABC.AZ xəbər verir ki, elektrik enerjisinin saxlanması üçün dəmir-hava batareyaları istifadə ediləcək. Şirkət qeyd edir ki, NASA ilk dəfə 1960-cı illərin sonlarında dəmir-hava batareyaları ilə sınaqlara başlamışdı. Bu texnologiyanın tətbiqi litiumun istifadəsini və onun hasilatında mənfi təsirləri azaltmağa kömək edə bilər. Dəmir hava batareyalarının çatışmazlıqları çoxdur, onların qidalanması ləng baş verir, buna görə də litium-ion batareya elektrikli avtomobillər və smartfonlar üçün üstünlük olaraq qalacaq.
“Form Energy” bu ilin sonunda Qərbi Virciniya ştatının Ueyrton şəhərində analoji müəssisəni işə salacaq.
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
11 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024
9 Sentyabr 2024