Ukrayna marşrutu ilə Rusiyadan Avropaya qaz tranzitinin dayandırılması təhlükəsi səbəbindən Avropa qiymətləri qalxdı 

11:39 - 8.08.2024


8 avqust, Fineko/abc.az. Kursk vilayətindəki döyüşlər səbəbindən Rusiyadan Avropaya qaz tranzitinin Ukrayna marşrutu ilə dayandırılması təhlükəsi Avropa qiymətlərinin artmasına səbəb olub.

ABC.AZ xəbər verir ki, çərşənbə günü ICE birjasında Hollandiya qaz mərkəzi TTF indeksi üzrə ən yaxın fyuçerslərin qiymətləri 5,8% artaraq 1 min kubmetrə 438 dollara çatıb və bu ilin maksimumlarını yeniləyib. Çərşənbə günü ticarətin başlanğıcında qiymətlər 410 dollardan az idi.
Ekspertlərin fikrincə, Ukrayna üzərindən tranzit dayanarsa, bu, Avropa üçün kritik olmayacaq, lakin qiymətlərin daha da artmasına səbəb olacaq. "Qazprom" isə nəzəri olaraq həcmlərin bir hissəsini "Türk axını"na ötürə bilər.