"Pasha Pay" şirkətinin 100% payçısı açıqlanıb

12:19 - 8.08.2024


8 avqust, Fineko/abc.az.  m10 elektron pulqabısı ilə tanınan "Pasha Pay" MMC şirkətinin 100% payçısı "Kapital Bank" ASC-dir.

Bu barədə "Kapital Bank" ASC-nin yarımillik hesabatında məlumat verilib.

Qeyd edilib ki, "Kapital Bank" 21 may 2024-cü il tarixində "Pasha Pay" MMC şirkətinə 48 milyon 704 min manat investisiya yatırıb. 
"Kapital Bank" ASC-nin nizamnamə kapitalının 99,87% də "PAŞA Holding" MMC şirkətinə məxsusdur.