14:57 - 8.08.2024
8 avqust, Fineko/abc.az. Almaniyanın “Uniper” enerji konserninin cari ilin birinci yarısında xalis mənfəəti 903 milyon avro təşkil edib ki, bu da bir il əvvəl 9,453 milyarddan 10 dəfə azalıb.
ABC.AZ xəbər verir ki, səhm başına qazanc bir il əvvəlki 22,65 avrodan 2,11 avroya qədər azalıb.
“Uniper”in hesabat dövründəki gəliri təxminən iki dəfə azalaraq 31,725 milyard avroya düşüb. Korrektə edilmiş EBITDA 1,439 milyard avro olub.
21 May 2025
21 May 2025