Neft ucuzlaşır, Brent bir barelə 79,08 dollar təşkil edir

10:01 - 9.08.2024


9 avqust, Fineko/abc.az.  ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin oktyabr müqaviləsinin dəyəri 0,1% azalaraq 1 barelə görə 79,08 ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,03% azalaraq 1 barelə görə 76,17 ABŞ dolları təşkil edib.