Çində istehlak qiymətləri 0,5% artıb - Fevral ayından etibarən maksimum təşkil edib

10:03 - 9.08.2024


9 avqust, Fineko/abc.az. İyul ayında Çində istehlak qiymətləri (CPI indeksi) illik nisbətdə 0,5% artaraq fevral ayından etibarən ən yüksək səviyyəyə çatıb.

ABC.AZ xəbər verir ki, bu, ÇXR Dövlət Statistika İdarəsinin hesabatında deyilir. Trading Economics-ə görə analitiklər orta hesabla 0,3% qiymət artımını proqnozlaşdırmışdılar.

İyun ayında inflyasiya 0,2% təşkil edib.

Ötən ay Çində ərzaq məhsullarının qiyməti illik ifadədə dəyişməyib, qeyri-ərzaq inflyasiyası 0,7% təşkil edib. Geyim qiymətləri 1,5%, kommunal xidmətlər 0,1%, tibbi xidmətlər 1,4%, təhsil 1,7% artıb, nəqliyyat 0,6% ucuzlaşıb.
İstehlak qiymətləri, qida və enerji xərcləri nəzərə alınmadan, əvvəlki ilin eyni ayı ilə müqayisədə - altı ay ərzində minimum qədər - 0,4% artıb.