Ötən ay  Azərbaycanda gündəlik neft hasilatı 80 589 ton olub

10:52 - 9.08.2024


9 avqust, Fineko/abc.az.  Cari ilin iyul ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Bu barədə ABC.AZ Energetika Nazirliyinə istinadla xəbər verir.

 Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan iyul ayında "OPEC+" çərçivəsində kvotasından 8 578 ton geridə qalıb.