Azərbaycanın valyuta bazarında 20,2 mlrd. dollarlıq  əməliyyat aparılıb

11:33 - 9.08.2024


9 avqust, Fineko/abc.az.  Cari ilin I yarısında Azərbaycanın valyuta bazarında 20,2 milyard dollar dəyərində əməliyyat aparılıb. Bu isə, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 32,9 % çoxdur.

Bu barədə ABC.AZ  Azərbaycan Mərkəzi Bankının "Pul Siyasəti İcmalı"na istinadən xəbər verir.
 Yarımillik əməliyyatların 17,8 milyard  dollar nağdsız, 2,4 milyard dollar isə nağd valyuta bazarında baş tutub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq təxminən 32,8 % və 33,3 % çoxdur.

Nağdsız valyuta əməliyyatlarının 81 %-i ABŞ dollarında, 19 %-i digər valyutalarda, nağd valyuta əməliyyatlarının isə 87,5 %-i ABŞ dollarında, 12,5 %-i digər valyutalarda baş tutub.