Özbəkistan Qazaxıstan və Azərbaycan üzərindən Avropaya elektrik enerjisi satmağı planlaşdırır

12:19 - 9.08.2024


9 avqust, Fineko/abc.az. Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi sayəsində Avropaya elektrik enerjisinin ixracına 2030-cu ilə qədər başlanılması planlaşdırılır. 

ABC.AZ xəbər verir ki, Özbəkistan Energetika Nazirliyinin məlumatına görə, bu ilin sonuna bərpa olunan mənbələrdən ümumi enerji gücü 4 Qvt-dən çox olacaq, 2030-cu ilə qədər isə 20 Qvt-dən çox olacaq ki, bunun da 2-dən 5 Qvt-dək hissəsi Avropaya ixrac ediləcək. İxracın dəqiq miqdarı alıcıların ehtiyaclarından və elektrik ötürmə sisteminin gücündən asılı olacaq.

Lakin Daşkənd bir sıra çətinliklərlə üzləşəcək. Kabel çəkmək üçün bütün Xəzəryanı ölkələrin normativ təsdiqlənməsi lazımdır.