Silah istehsalçısı “Rheinmetall” rekord sayda sifariş qeyd edib 

12:31 - 9.08.2024


9 avqust, Fineko/abc.az. Avropanın iri silah istehsalçısı “Rheinmetall” öz məhsulları üçün rekord sayda sifariş qeydə alıb. Onların ümumi məbləği iyunun sonuna qədər Ukraynadakı hərbi münaqişə ilə əlaqədar Avropanın müdafiə potensialının artması səbəbindən 48,6 milyard avro təşkil edib.

ABC.AZ şirkətin ilin birinci yarısı üçün maliyyə hesabatına istinadən xəbər verir ki, ilin birinci yarısında konsernin satışları üçdə bir artaraq 3,8 milyard avroya çatıb, silah və sursat sifarişlərinin artması fonunda əməliyyat mənfəəti isə təxminən iki dəfə artaraq 404 milyon avroya çatıb.

Ukraynada hərbi əməliyyatdan qabaq “Rheinmetall” satışlarının üçdə birindən çoxu qeyri-hərbi sifarişlərin payına düşürdü.