BMW ABŞ-da 105 mindən çox avtomobili geri götürüb

14:42 - 9.08.2024


9 avqust, Fineko/abc.az. BMW şirkəti ABŞ-da 105 mindən çox avtomobili geri çağırıb.

ABC.AZ xəbər verir ki, əsas hissə X5, X7, üçüncü və yeddinci seriyalardır. 

Maşınlarda starterin qüsuru aşkar edilmişdir. Əvvəlcə işə düşmür, sonra isə mühərriki işə salan zaman həddindən artıq qızır və sıradan çıxır. Problem proqramı yeniləməklə həll ediləcək: yeni proqram təminatı starterin düzgün işləməməsinə imkan vermir.