Banqladeşdəki iqtisadi böhran Hindistanın hazır geyim sektorunun böyüməsinə səbəb ola bilər

17:40 - 9.08.2024


9 avqust, Fineko/abc.az. Davam edən siyasi iğtişaşlar fonunda iqtisadi çətinliklərlə üzləşən Banqladeş beynəlxalq hazır geyim bazarlarında xeyli payını itirə bilər, onun yerini Hindistan tuta bilər. 

ABC.AZ xəbər verir ki, bunu CareEdge Ratings reytinq agentliyinin məlumatları sübut edir.

“Banqladeşdəki iğtişaşlar uzun müddət davam edərsə, bu, xeyli ixrac sifarişlərinin Hindistana doğru yönəlməsinə gətirib çıxara bilər. Sənayenin qiymətləndirilməsi Hindistanın qısa müddətdə 200-250 milyon dollar və orta müddətdə təxminən 300-350 milyon dollar dəyərində aylıq ixrac sifarişləri ala biləcəyini göstərir”, - deyə məlumatda qeyd edilir.